Meydana toplaşan həmvətənlərimiz Azərbaycanın mədəniyyət paytaxtı qədim Şuşa şəhərinin işğaldan azad olunmasını Ali Baş Komandanımızın müdrik siyasətinin,
rəşadətli ordumuzun gücünün və xalqımızın əzminin göstəricisi olduğunu bildiriblər.
Unikal.org xəbər verir ki, bu, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Vətəndən uzaqda yaşayan azərbaycanlılar bundan sonra da Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini
Kanada ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Azərbaycan, Türkiyə və Kanada bayraqlarının dalğalandırıldığı tədbirdə “Stop Armenian aggression”, “Pray For Ganja” və s. yazılmış plakatlar nümayiş etdirilib, “Şuşa Azərbaycandır!”,
“Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndirilib.