Belarusda may ayından bəri prezident seçkiləri ilə bağlı ümumilikdə 900-ə yaxın cinayət işi açılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu cinayət işləri əsasən, namizədlərə, seçki qərargahlarının nümayəndələrinə və kütləvi etirazların iştirakçılarına açılıb. Onlar “kütləvi iğtişaşların təşkili” “ictimai asayişin kobud şəkildə pozulması” və digər maddələrlə ittiham olunurlar.