Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Ağcabədinin yaşayış məntəqələrində partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə başlayıb. 

Unikal.org-un xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin  Ağdam rayonuun Çəmənli, Sarıcalı, Əfətli, Kolqışlaq, Zəngişalı, Şükürağalı, Rzalar Ergi qəsəbəsi və Ağcabədi rayonunun Arazbar, Qiyaməddinli kəndlərinə və Ağ Göl Milli Parkının ərazisinə ağır artilleriyadan atdığı partlamamış hərbi sursatlar bu gün zərərsizləşdiriləcək.  ANAMA-nın supervayzeri Xaliq Zülfüqarov APA-ya bildirib ki, daşınması mümkün olmayan hərbi sursatlar yerində zərərsizləşdiriləcək.