Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müavinini vəzifədən azad edib.
Unikal.org qafqazinfo-ya istinadla xəbər verir ki, başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Kənan İbrahimov vəzifəsindən azad olunub. Həmin vəzifəyə hələlik təyinat olmayıb.
Qeyd edək ki, Kənan İbrahimov müavin vəzifəsinə bu ilin avqust ayında təyin edilmişdi.