Pakistanın Baş Naziri İmran Xan Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağın işğaldan azad edilməsi əməliyyatlarını alqışlayıb.
Unikal.org xəbər verir ki, bu barədə Pakistan lideri ölkə televiziyasına müsahibəsində deyib.
"Azərbaycan Ordusu nümunəvi şücaət göstərdi", - deyən Baş Nazir əlavə edib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı heç bir mübahisə yoxdur.
"Bütün dünya Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir. Onlar (azərbaycanlılar) öz ərazilərinə qayıdırlar”.