Ermənistanda müxalif İşıqlı Ermənistan Partiyasının nümayəndəsi hakimiyyəti Mehri dəhlizi ilə bağlı normal izahat verməməkdə ittiham edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, İşıqlı Ermənistan Partiyasının parlament fraksiyasının rəhbəri Edmon Marukyan bununla bağlı vitse-spiker Lena Nazaryana müraciət edib.

"Biz bilməliyik ki, bu yol nə vaxt və kimin hesabına çəkiləcək. Ümumiyyətlə, biz niyə onlara bu yolu veririk?", - deyə o etiraz edib.