“Qırıcı insan” ləqəbli məşhur ekstrim idmançı Vensan Reffet ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı idmançının təlim zamanı öldüyü bildirilib.

Qeyd edək ki, Vensan Reffet idmançı karyerası boyunca paraşütlə təhlükəli uçuşlar həyata keçirmişdi. Onun dünyanın ən hündür binası olan Dubaydakı “Bürc Xəlifə”dən paraşütlə tullanması böyük səs-küyə səbəb olmuşdu.