Şəkidə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.
DİN-dən Unikal.org-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Bideyiz kəndi ərazisində yerləşən çayxananın qanunsuz olaraq gizli fəaliyyət göstərdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan 20-yə yaxın müştərinin və icarədarın sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.