Milli Məclisin deputatları koronavirusa yoluxub.

Unikal.org “Report”a istinadən xəbər verir ki, bir neçə gün əvvəl deputat Azər Badamov və Tahir Kərimlidə COVID-19 aşkarlanıb.

Milli Məclis üzvlərinin koronavirusla bağlı verdikləri testlərin nəticəsi pozitiv olub.

Deputatlar hazırda xəstəxanaların birində müalicə alır.