Rusiya hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində dörd "Flamingo" raketini və təxminən 1000 Ukrayna PUA-sını vurub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Hava hücumundan müdafiə sistemləri on idarə olunan hava bombasını, üç ABŞ istehsalı HIMARS çoxmənzilli raketini, dörd "Flamingo" uzunmənzilli qanadlı raketini və 992 sabit qanadlı pilotsuz uçuş aparatını vurub", - məlumatda qeyd olunub.
***12:46
Moskvadakı neft emalı zavodu dron hücumu və yanğından sonra müvəqqəti olaraq bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Məlumata görə, hücum zavodun istehsal gücünün yarıdan çoxunu təşkil edən ilkin neft distillə qurğusuna ziyan vurub. Bu kompleks neft emalı zavodunun emal gücünün təxminən 53%-ni təşkil edir.
Rusiya hakimiyyəti dron hücumunu təsdiqləyib. Moskva meri Sergey Sobyanin dronlardan birinin neft emalı zavodunun ərazisindəki bir obyektə zərər verdiyini bildirib. O, hadisə nəticəsində heç kimin ölmədiyini əlavə edib.
Moskva Neft Emalı Zavodu Rusiya-Ukrayna sərhədindən təxminən 500 kilometr məsafədə yerləşir və ölkənin ən böyük neft emalı zavodlarından biri hesab olunur.
***10:56
Moskva meri Sergey Sobyanin bildirib ki, daha 14 Ukrayna dronu Moskvaya yaxınlaşarkən vurulub.
"Unikal" xəbər verir ki, o, bu barədə MAX platformasındakı kanalında məlumat verib.
Mer əlavə e dib ki, təcili yardım xidmətləri dağıntıların baş verdiyi ərazidə işləyir. Moskvanın Vnukovo, Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq olunur.
Qeyd edək ki, 18 iyun gecəsi və səhəri Moskvaya yaxınlaşarkən Ukrayna Silahlı Qüvvələrinə məxsus təxminən 180 PUA vurulub. Bu, son iki ilin ən böyük hücumu olub.
Gülayə Mecid













































.jpg)





