Şabranda yaşayış yerini tərk edən COVID-19 xəstəsi barədə araşdırmalara başlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, Şabran rayon sakini Faiq Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilib.
Lakin həmin şəxs yaşayış yerini tərk edərək, vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən onun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
F.Zülfüqarovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.