2020-ci ilin yanvar- oktyabr aylarında Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı azalıb.
Unikal.org xəbər verir ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 297,9 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 64,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 50,3 faiz, maşın və avadanlıqların istehsalı 41,4 faiz artmışdır. Yanvar-oktyabr aylarında 1497 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 383 ədəd az minik avtomobili istehsal olunub.