Ermənistan mətbuatı ölkənin ədliyyə naziri Rustam Badasyanın da vəzifəsi ilə vidalaşa biləcəyini yazır.

Unikal.org xəbər verir ki, R.Badasyanın yerinə gəlmək daxili işlər nazirinin keçmiş müavini Ovanes Koçaryana təklif olunsa da, o bundan imtina edib.

Hazırda hakimiyyət iki qadın namizədin arasında seçim etmək istəyir. Onlardan biri baş nazir Paşinyanın məsləhətçisi Anna Vardapetyan, digəri isə ədliyyə nazirinin müavini postunu tutan Kristine Qriqoryandır.