Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən 17 partiyanın nümayəndəsi yeni namizəd irəli sürmək məsələsində Rusiya elitası ilə fəal şəkildə işləyir.
Unikal.org xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.
Məlumata görə, 17 partiya üç namizədin - Vazgen Manukyan, Artur Vanetsyan və Qrant Baqratyanın adlarını müzakirə edib.
"Strateji ortağımız göstərilən namizədlərdən Vazgen Manukyana üstünlük verdi. Bununla yanaşı, Vazgen Manukyan bu yaxınlarda namizədliyi məsələsini müzakirə etmək üçün Moskvaya gedib. Lakin bu, gələcəkdə onun Ermənistanın baş naziri olacağı demək deyil. Yalnız müvəqqəti hökumətin başçısı olacaq və bu, ölkənin yaxın aylarda heç bir sarsıntı olmadan idarə olunacağına, eləcə də azad və ədalətli seçkilərə zəmanət verməlidir. Yəni Manukyan qısa müddətli hökumətin başçısı olacaq. Vazgen Manukyan isə bu mövzuda danışmaqdan imtina edib”, - deyə nəşr yazıb.
Xatırladaq ki, Manukyan Ermənistanın birinci baş naziri olub.