Ermənistanda Konstitusiya Məhkəməsinin sabiq hakimi Kim Balayan aclıq aksiyasına başlayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, K.Balayan artıq aclığa başlamış müxalif Daşnaksütyun Partiyasının fəalı Qeqam Manukyana qoşulduğunu açıqlayıb.

Qeyd edək ki, Qeqam Manukyan baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aclıq aksiyasına başlamışdı.