Ermənistanda müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyan deputat mandatından məhrum edilə bilər.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan parlamenti Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Q.Tsarukyanın mandatından məhrum edilməsi tələbinə səbəb kimi Ermənistan konstitusiyasının 95-ci maddəsi, korrupsiya və s. əsas göstərilir.