Ermənistanda polis iki ictimai fəalın evinə basqın edib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlardan biri müxalif Vətən Partiyasının üzvü Babken Harutyunyan, digəri isə jurnalist, "Media Kvartet"in həmtəsisçisi Miqran Akopyandır. Hər iki halda səbəb kimi evdə axtarış aparılması göstərilib.
Müxalifətçi B.Harutyunyan bu barədə "Facebook" səhifəsində polislərin heç nə tapmayaraq getdiklərini yazıb. Jurnalist M.Akopyanın evində axtarış aparılmasına gəlincə, erməni politoloq Qrant Melik Şahnazaryan böyük narazılıq yaradan bu olaya münasibət bildirərkən deyib ki, Nikol özü necə işləyirsə, onun hüquq-mühafizə orqanlarının əməkdaşları da elə işləyirlər.