İraqın keçmiş prezidenti Səddam Hüseynə edam hökmü verən hakimlərdən biri dünyasını dəyişib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rauf Rəşid adlı bu hakim müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, 2006-cı ildə edam olunan Səddam Hüseynin məhkəməsində işə 9 hakimdən ibarət heyət baxıb. Onlardan yeddisi edam qərarının lehinə olublar. Bu hakimlərdən biri olan Rauf Abdul Rəhman da bir neçə il öncə İŞİD terror təşkilatı tərəfindən öldürülmüşdü.