"Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti bütün rəsmi prosedurlar yekunlaşandan sonra təbrik edəcək".
Unikal.org "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O əlavə edib ki, hələ bir neçə ştatda səslərin yenidən sayılması davam edir və bunlar olmadan rəsmi nəticələr elan oluna bilməz.