Əfqanıstanın Bamiyan şəhərində iki maqnit bombasının partlaması nəticəsində azı 17 nəfər vəfat edib.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 50-dən çox şəxsin yaralandığı bildirilir. Belə ki, hadisə şəhər bazarında baş verib. Partlayışın olduğu əraziyə yaxın yerdə otel yerləşir.
İnsidentə görə məsuliyyəti hər hansı qruplaşma üzərinə götürməyib.