ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1 barelə görə 48 dolları keçib.
Unikal.org xəbər verir ki, Bakı vaxtı ilə saat 09:08-də "Brent"ın 1 barelinin qiyməti 0,98% artaraq 48,25 dollar təşkil edib. Sonuncu dəfə "Brent" neftinin qiyməti 48 dollarda yuxarı martın 6-dan qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,96% artaraq 45,34 dollar təşkil edib.