Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyi Kəlbəcər rayonunun azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Unikal.org xəbər verir ki, təbrik səfirliyin "Twitter" səhifəsində paylaşılıb. Paylaşımda deyilir:
"Kəlbəcərin işğaldan qurtulması və Azərbaycan torpaqlarına yenidən qatılması vəsiləsilə Azərbaycan ordusunu ve xalqını ürəkdən qutlayırıq".
Kelbecer’in işgalden kurtulması ve Azerbaycan topraklarına yeniden katılması vesilesiyle Azerbaycan ordusunu ve halkını yürekten kutluyoruz. pic.twitter.com/EsBKHweb0H
— Bakü Büyükelçiliği (@TCBAKUBE) November 25, 2020