Endirim fürsətlərindən faydalanmaq üçün noyabrın son həftəsini gözləyən müştərilər üçün “Rabitəbank” da “Qara cümə” trendinə qoşularaq özünəməxsus “Green Friday” kampaniyasını təklif edir.
Unikal.org xəbər verir ki, yalnız bir gün, 27 noyabr tarixində nağd pul krediti götürmək istəyən müştərilər aşağıdakı fürsətlərdən yararlana biləcəklər:
Həm yeni, həm də dövri müştərilər “Rabitəbank”ın nağd pul kreditini heç bir komissiya və sığorta haqqı ödəmədən əldə edə bilərlər.
Üstəlik kreditin illik minimal faiz dərəcəsi isə cəmi 15%-dir! Komissiyasız və sığorta haqqı olmadan müştərilər maksimum 20.000 AZN, zaminsiz isə maksimum 10.000 AZN nağd pul krediti əldə edə biləcəklər.
36 ay müddətinə təklif olunan nağd pul kreditini Bankın istənilən filialına yaxınlaşaraq, www.rabitabank.com veb-saytından, Rabitəbank Mobil əlavəsi və RabitaBot vasitəsiylə onlayn sifariş edərək əldə etmək mümkün olacaq. Endirimli cümə təklifi üçün daha ətraflı məlumatı Bankın 133 Çağrı Mərkəzinə zəng edərək əldə edə bilərsiniz.