Rusiyada hazırlanan koronavirusa qarşı “Sputnik V” peyvəndinin qiyməti açıqlanıb.
Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RDIF) məlumat verib. Məlumata görə, 1 doza vaksin dünya bazarına 10 dollardan az bir qiymətdə satışa çıxarılacaq.
“Pfizer”, “BioNTech” və “Moderna” şirkətləri tərəfindən hazırlanan peyvənd Rusiya vətəndaşları üçün ödənişsiz olacaq.
Qeyd olunub ki, “Sputnik V” 500 milyondan çox insana çatacaq miqdarda hazırlanıb.