Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Unikal.org xəbər verir ki, hakim Şəhla Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, sabiq icra başçısının həbs müddəti daha 3 ay artırılıb.