Ermənistan parlamentinin önündə Paşinyana istefa tələbi ilə daha bir aksiya keçirilib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, hərbi vəziyyətin aradan qaldırılıb-qaldırılmaması ilə bağlı müzakirələr getdiyi vaxtda Ermənistan parlamentinin önündə bir qrup etirazçı "Paşinyan, get", "Nikol - satqın" şüarları ilə aksiya keçirib.
Əraziyə dərhal böyük sayda polis qüvvəsinin yeridildiyi deyilir.