Şəxsi həyatını gizli saxlayan Rusiya Prezidenti Vladimir Putinin özündən 35 yaş cavan sevgilisi, keçmiş gimnast Alina Kabaeva ilə bağlı şok iddia irəli sürülüb.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, bu barədə Britaniya mediası yazır.
Məlumata əsasən, Kabaeva media şirkətinin başçısı olaraq ildə 7,5 milyon funt sterlinqdən (təxminən 17 milyon manatdan) çox qazanır. Keçmiş idmançının Milli Media Qrupundakı rəsmi gəliri Federal Vergi Xidmətinin məlumat bazasında 7,78 milyon funt olaraq qeyd edilib.
Yayılan xəbərdə ödənişlərin Alina Kabaevayanın rəhbərlik etdiyi Milli Media Qrupunun səhmdarı olan milyarder Yuri Kovalçuk vasitəsi ilə edildiyi iddia olunur.
Qeyd olunur ki, Rusiyada orta əmək haqqı ildə 5.867 funt sterlinqdir (təxminən 13 min manat).
Kreml ilk dəfə 2008-ci ildə qəzetlərin birinə Putin və Alina arasında gizli münasibətlərin olduğunu inkar etmişdi. Digər tərəfdən, Rusiya prezidentinin Kabayeva üçün ad günü keçirdiyi barədə məlumatlar yayılmışdı. Alina Kabayevanın özü isə 2018-ci ildən ictimaiyyət qarşısına çıxmır.