Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu baş nazir İon Kikunun rəhbərlik etdiyi hökumətin istefaya getməli olduğunu deyib. Onun fikrincə, İon Kikunun hökuməti koronavirus pandemiyası və onu müşayiət edən iqtisadi böhranın öhdəsindən gələ bilmir.

Unikal.org  xəbər verir ki, yeni prezidentin müvafiq çıxışı “Moldova 1” telekanalında yayımlanıb.

“Böhrandan çıxış yolu tibbin maliyyələşdirilməsindən asılıdır və bunun üçün xaricdən yardım cəlb etmək üzərində işlərə başlamışam. Ancaq hökumət ölkə daxilində öz vəzifələri ilə məşğul olmalıdır və əgər öhdəsindən gələ bilmirsə, istefaya getsin”, - deyə prezident telekanala verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, “ölkə vətəndaşları ofisin fəaliyyətini mənfi qiymətləndirir” və hesab edir ki, “hökumət xəstəxanalarda əlavə yerlər hazırlamayıb və pandemiya ilə mübarizədı lazımi tibbi avadanlıqlar almayıb”.