Qazaxıstanda müxalifət partiyası parlament seçkilərini boykot edəcək.

Unikal.org Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ictimaiyyətə açıqlamasında müxalif İctimai Sosial-Demokrat Partiyasının lideri bəyan edib.

O qeyd edib ki, hakimiyyət müxalifətin həmişəki kimi seçkiyə qatılacağını və bir neçə faiz səs yazılandan sonra nəticələrlə barışıb kənara çəkiləcəyini hesab edir. "Bu seçkilərdə iştirak etməyəcəyik", - deyə o söyləyib.

Xatırladaq ki, 10 yanvarda baş tutacaq parlament seçkilərində 5 siyasi partiya mübarizə aparacağını açıqlayıb.