"Rusiya qoşunları getməlidir və mən bu siyasəti davam etdirəcəyəm".
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu Dnestryanı bölgədəki Rusiya sülhməramlıları haqqında danışarkən söyləyib.
Xanım prezident qeyd edib ki, onun tanınmamış "Prednestroviya Respublikası"nın prezidenti Vadim Krasnoselski ilə görüşmək fikri yoxdur.
Qeyd edək ki, ötən əsrin 90-cı illərində postsovet məkanında yaranan münaqişələrdən biri də Dnestryanı münaqişəsidir. Bölgədə separatizm meyilləri ortaya çıxanda Moldova hərbi yolla bunu həll etməyə çalışsa da, nail ola bilməyib. Rusiya və Moldova rəhbərlərinin 29 iyul 1992-ci il tarixindəki anlaşması ilə bölgəyə Rusiyann sülhməramlı kontingenti yerləşdirilib. Hazırda bölgəni separatçı qurum olan tanınmamış "Prednestroviya Respublikası" idarə edir. 30 ilə yaxın müddətdə sülh əldə edilməyib.