Gürcüstanda ötən sutkada koronavirusa 4 780 yeni yoluxma faktı qeydə alınıb, 3 489 nəfər müalicə olunaraq sağalıb, 37 pasiyent isə vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 123 470-ə çatıb. Yoluxanların 102 270-i sağalıb, 1 161-i isə dünyasını dəyişib.
Hazırda karantin rejimində 2 114, stasionar nəzarətdə 6 251 nəfər saxlanılır. 3 863 nəfər isə xüsusi otellərdə müalicə olunur.