Rusiya XİN mətbuat katibi Mariya Zaxarova Qarabağla bağlı Türkiyə ilə kontaktda olduqlarını bildirib.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya həm siyasi, həm də hərbi səviyyələrdə Türkiyə ilə diplomatik kontaktı qoruyur.
M.Zaxarova əsas vektorun regionda münaqişəni həllini müzakirə etməli olan dövlət başçıları tərəfindən müəyyən olunacağını da vurğulayıb.