Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıblar.
Unikal.org xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bəyanatda Senatın qərəzli qətnaməsinə etiraz ifadə olunub.