Ermənistanda hərbi qulluqçuların ailə üzvləri hökumət binasının qarşısında etiraz aksiyasını davam etdirir.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar əsgərlərin evlərinə qaytarılması üçün baş nazir Nikol Paşinyana 2 gün vaxt veriblər. Əks təqdirdə baş verəcəklərin bütün məsuliyyətini Ermənistan hakimiyyətinin daşıyacağı bəyan edilib.

*** 12:49

Ermənistanda müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların valideynləri hökumət binası önündə aksiya keçirib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçıların əsas tələbi övladlarının dincəlmək üçün evə buraxılması, ailələrinə qaytarılması olub. Ailələr əsgərlərin səhhətindən narahat olduqlarını bildiriblər.

Əraziyə polis qüvvəsi cəlb olunub.