Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında "Brexit" danışıqları yenidən başlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Londonda səfərdə olan Aİ nümayəndəsi Maykl Berner bildirib. M.Berner buna şad olduğunu söyləyib.
Qeyd edək ki, bu ilin 31 yanvarında Böyük Britaniya danışıqlar blokunu tərk etmişdi. Tərəflər arasında bir neçə mövzuda kompromis əldə etmək müşkülə çevrilmişdi.