Ermənistanda kinorejissor Armen Qriqoryan Rusiya səfirliyindən kömək istəyib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Aznavur meydanında keçirilən mitinq zamanı çıxışında A.Qriqoryan Rusiya səfirliyinə müraciə edərək, itkin düşən erməni hərbçilərinin tapılmasında kömək istəyib. Sabah saat 12-yə yeni mitinq təyin olunub.
Qeyd edək ki, itkin düşən hərbi qulluqçuların tapılması ilə bağlı Ermənistanda böyük etirazlar davam edir.