Somalinin paytaxtı Moqadişoda terrorçu-intiharçının törətdiyi partlayış nəticəsində ən azı altı nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.

Unikal.org-un verdiyi məlumata görə, bu barədə hökumət rəsmisi bildirib.

Məlumata əsasən, partlayış restoranlardan birində baş verib. "Somalinin Federal Hökuməti günahsız Somaliləri hədəf alan terrorçuların vəhşi hərəkətini qınayır. Ən azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb" - hökümət rəsmisi verdiyi qısa açıqlamada deyib.

Hücuma görə məsuliyyəti terrorçu "Əl-şəbab" qruplaşması öz üzərinə götürüb.