Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 72 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.
Bununla paytaxtda pandemiya qurbanlarının sayı 8828 nəfərə çatıb. Moskvada indiyədək 592,4 mindən çox yoluxma qeydə alınıb, 441,5 mindən çox pasiyent sağalıb.