Rusiya Xankəndi şəhərinə 60-dan çox hərbi həkim göndərib.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Xankəndinə göndərilən tibbi heyətə cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxildir.

Bundan əlavə, qeyd olunub ki, Rusiya hərbçiləri artıq Xankəndidə ictimai nəqliyyatın bərpasına kömək edirlər.