Nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsinə etiraz olaraq İranda aksiyalar keçirilib.
Unikal.org xəbər verir ki, İran parlamentinin qarşısında etiraz aksiyası keçirən Tehran Universitetinin tələbələri Möhsün Fəxrizadəyə sui-qəsd törədənlərin tezliklə tutulub cəzalandırılmasını tələb ediblər.
Qeyd edək ki, Möhsün Fəxrizadə noyabrın 27-də Tehranın Damavənd rayonu yaxınlığında sui-qəsd nəticəsində öldürülüb.