“Məğlub olmuş torpaqverən vaxtilə vətəni azad edənlərə “avropalarda və moskvalarda boynu əyri ayaqqabı yalayanlar” deyirdi”.
Unikal.org xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar partiyasının üzvü Eduard Şarmazanov “Facebook” səhifəsində yazıb.
“Bu gün sən “türkün ayaqqabılarını yalamısan” və xahiş edirsən ki, Moskvada onların “ayaqqabılarını yalamağına” icazə versinlər. İndi kim boynu əyri siyasət yürüdüb? Biz, yoxsa sən, ay misilsiz məhv edən? Cəsarətin və boş qürurun harada itib? Paşinyan məğlubiyyətin simvoludur”, - deyə Şarmazanov qeyd edib.