Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 185 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 168 212 nəfər koronavirus testindən keçib, 6439 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 29 281 nəfər COVID-19 şübhəlisi olaraq qeydiyyata alınıb.
Ağır xəstə sayı dünənlə müqayisədə 108 nəfər artaraq 5011 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 494 351 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 13 558 nəfəri ölüb.