Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qəzada ölən tələbələrlə bağlı məlumat yayıb.
Unikal.org xəbər verir ki, məlumatda deyilir:
"Bu gecə baş verən dəhşətli yol qəzasında həlak olan Azərbaycan Tibb Universitetinin 3 tələbəsi:
Sahil Mustafazadə - Əczaçılıq fakültəsinin V kurs tələbəsi,
Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi,
Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olublar.
Onlar Covid-19 xəstələrinin müalicəsinə könüllü qoşulmuş tələbələr idi. Ruhları şad olsun!"