Moldova parlamentində gərgin anlar yaşanıb.

Unikal.org Moldova mətbuatına istinadən xəbər verir ki, parlamentin bugünkü iclasında deputatlar arasında qarşıdurma baş verib. Belə ki, regional rəsmi dil olan qaqauz dilinin statusu ilə bağlı yeni qanun layihəsi təklif edən sosialistlərlə parlamentin digər fraksiyaları arasında dava düşüb. Belə ki, parlament fraksiyaları sosialistlərin bu layihəsinə baxılmasından imtina ediblər. Sözügedən qanun layihəsinin müzakirəyə çıxarılmasına belə imkan verilməyib.

Gərginlik o həddə çatıb ki, deputatlar bir-birinin üstünə su töküb, sənədləri bir-birinin başına vurublar. Parlamentin iclası yarımçıq dayandırılıb. Deputatlar arasında xəsarət alan olmayıb.