Ermənistanda mitinqçilərin üstünə qaynar su tökən qadının kimliyi bəlli olub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, hakim fraksiyaya mənsub olan deputatların istefası tələbi ilə Yerevanda gənclərin etiraz aksiyası keçirilib. Bu zaman yaşlı bir qadın etirazçıların üstünə qaynar su töküb. "Rədd olun burdan. Tez rədd olun", - deyə gəncləri təhqir edən qadının kimliyi üzə çıxıb.

Bu qadın hakim "Mənim addımım" blokundan deputat seçilmiş Lusine Badalyanın anası imiş.