Türkiyə ABŞ-ın yeni administrasiyası ilə bəzi məsələlərin çözülə biləcəyinə ümid edir.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu danışıb. Çavuşoğlu Türkiyənin Rusiyadan S-400-lər alması barədə ABŞ-la yaranan məsələnin yeni administrasiya dönəmində həll olunacağına ümid edildiyini vurğulayıb. Tramp dönəmində Ərdoğanla ABŞ administrasiyası arasında səmimi dialoq mühitinin olduğunu qeyd edən nazir bir sıra məsələlərin bu dövrdə həll olunduğunu bildirib.
S-400 məsələsinin isə hələ qaldığı və Bayden dönəmində həll olunacağına ümid ifadə olunub.