Afrika qitəsində pandemiya ilə bağlı vəziyyət kritik olaraq qalmaqdadır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qitədə son sutkada 267 nəfər virusdan dünyasını dəyişib.

Bununla da qitə ərazisində COVID-19-a görə ümumi ölüm sayı 52 937-yə çatıb. Ümumi yoluxma sayı isə 2 milyon 230 mini ötüb. Ən ağır vəziyyət CAR, Misir və Mərakeşdə müşahidə olunur.