ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden ölkəsinin xarici siyasət strategiyasının bəzi məqamlarına toxunub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyət müddətinə başlamadan ölkəsinin siyasi xəttinə təsir edə bilməyəcəyini vurğulayan Bayden Rusiya, Çin və İranla münasibətlərə toxunub. Co Bayden qeyd edib ki, təkcə İranla deyil, Çin və Rusiya ilə də məşğul olmaq lazım gələcək. Onun sözlərinə görə, bunun üçün Avropa ilə birlikdə çoxtərəfli yanaşma sərgilənməlidir.
"Bu ölkələrlə məşğul olmaq üçün böyük bir komandanın bir hissəsi olmalıyıq. Həm Avropada, həm də Hind okeanı və Sakit okean regionlarında tərəfdaşlarımızla yaxın ittifaq əlaqələrini bərpa etmək lazımdır", - deyə ABŞ-ın yeni prezidenti bəyan edib.