ABŞ və Moldova arasında diplomatik krizis yaşanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Moldovadakı ABŞ səfirliyi ərazisinin böyüdülməsi ilə bağlı yaxınlıqdakı stadionun səfirliyə verilməsini istəyib. Rəsmi Kişinyov bundan imtina edib.
Belə ki, parlamentdə səfirliyin ərazisinin genişləndirilməsi ilə bağlı səs çoxluğu təmin olunmayıb. ABŞ Moldovanı beynəlxalq hüququ, diplomatik missiyalarla bağlı normativ-hüquqi aktları pozmaqda ittiham edib. İki ölkə ərazisində siyasi gərginlik davam edir.