2020-ci ildə fəallığı ilə seçilən Azərbaycan Turizm və Menecement Universitetinin tələbələri və “Turizm Könüllüləri" Təşkilatının nümayəndələri Aytəkin Bədəlova, Mirəli Həsənzadə, İlham Bilalov və Rəminə Salayeva “İlin Könüllüsü" nominasiyası ilə təltif olunub.
Unikal.org xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə elan edilən “Könüllülər İli” çərçivəsində 5 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Günü münasibətilə “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu” keçirilib.
ZOOM platforması üzərindən və Azərbaycan Könüllü Təşkilatları İttifaqının facebook səhifəsindən canlı yayımlanan Forumda 2 minə yaxın könüllü iştirak edib. Dövlət himninin səslənməsi ilə başlayan tədbir Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.
Dövlət rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələrinin könüllülərə müraciətlərinin yer aldığı tədbirdə müxtəlif videoçarxlar nümayiş olunub, musiqili fasilələr və intellektual yarışlar təşkil edilib.
Tədbirdə 4 fərqli kateqoriya – “Pandemiya dövründə könüllülük”, “Müharibə dövründə könüllülük”, “Sosial könüllülük” və “Ekoloji könüllülük” üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunan könüllülərin adları açıqlanıb.
Tədbir zamanı 2020-ci ildə fəallığı ilə seçilən Azərbaycan Turizm və Menecement Universitetinin tələbələri və “Turizm Könüllüləri" Təşkilatının nümayəndələri Aytəkin Bədəlova, Mirəli Həsənzadə, İlham Bilalov və Rəminə Salayeva “İlin Könüllüsü" nominasiyası ilə təltif olunub. “Turizm Könüllüləri" Təşkilatının direktoru Hüseyn Məmmədov Azərbaycan könüllülərini 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib, onlara sağlamlıq və uğurlar arzu edib.
Qeyd etmək lazımdır ki, ATMU-nun tələbələri hər zaman könüllülük sahəsində göstərdikləri fəaliyyəti ilə seçilmişdir. Xüsusilə COVİD-19 pandemiyası dövründə onlar həyata keçirilən “Könüllü qonşu, “Könüllü donor” və bu kimi müxtəlif layihələrdə iştirak etmişdirlər.
Azərbaycan Turizm və Menecment Universiteti tələbələrini uğurları münasibəti ilə təbrik edir, onlara təhsil h əyatında və könüllülk fəaliyyətlərində uğurlar arzu edir.